27.05.2024
Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi tədbirlər planına uyğun olaraq Müstəqillik Günü münasibətilə Əhməd Cavad adına Mədəniyyət Mərkəzində 27.05.2024-cü il tarixdə “Müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir” adlı tədbir keçirib. Kitabxananın əməkdaşı çıxış edərək bildirib ki, Azərbaycanın siyasi və dövlətçilik tarixinin mühüm səhifələrindən birini AXC-nin yaradılması və fəaliyyəti təşkil edir. Bu tarixi reallıq Azərbaycanın zəngin dövlətçilik ənənələrinə malik olduğunu göstərməklə yanaşı, xalqımızın Şərqdə ilk demokratik respublika və türk dünyasında ilk dünyəvi dövlət qurması gerçəkliyini ifadə edir. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan demokratik dəyərlərə sadiqdir. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti, qurucuları, dövlət rəmzləri, müstəqilliyimizin bərpası, müstəqil, azad və bütöv Azərbaycan dövlətinin tarixi haqqında müxtəlif ədəbiyyatlar nümayiş edilib. Tərtib edilmiş sərgiyə baxış keçirilib.